Arvadının keçmiş ərini küçənin ortasında öldürdü - ŞOK SƏBƏB
Bizi izləyin

Kriminal

Arvadının keçmiş ərini küçənin ortasında öldürdü - ŞOK SƏBƏB

Türkiyənin Sakarya bölgəsində ailə münaqişəsi zəminində qətl hadisəsi yaşanıb.

Publika.az xəbər verir ki, Xəndək qəsəbəsində Fatih Serbest həyat yoldaşının keçmiş əri Əmrah Okuyanı qətlə yetirib. Hadisə sabiq ər uşaqları təhvil verməyə gələrkən küçədə baş verib. Serbest polisə verdiyi ifadədə "Yoldaşımı sosial media vasitəsilə təhqir etmişdi" sözlərini deyib.

Hadisə zamanı Əmrahın dostu da yaralanıb. Saxlanılan qatil məhkımədə "qəsdən adam öldürmək" maddəsiylə həbs olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm