Nazirlik tələbənin öldürülməsi ilə bağlı məlumat yaydı
Bizi izləyin

Kriminal

Nazirlik tələbənin öldürülməsi ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Şirvanda törədilmiş qətllə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 12-də saat 20 radələrində Şirvan şəhəri ərazisindən şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən 18 yaşlı Rəşad Fətuiullayev Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm