Camal Qaşıqçı cinayətinin TÜKÜRPƏDƏN FAKTLARI: meyiti təndirdə yandırılıb, nişanlısı isə...
Bizi izləyin

Kriminal

Camal Qaşıqçı cinayətinin TÜKÜRPƏDƏN FAKTLARI: meyiti təndirdə yandırılıb, nişanlısı isə...

İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayəti haqqında şok faktlar ortaya çıxıb.

Publika.az xəbər verir ki, jurnalisti qətlə yetirən komanda cinayətdən sonra konsulluğun yerləşdiyi binaya 32 kq çiy ət sifariş verib.

Bu barədə İstanbul Baş Polis İdarəsinin 1 illik hesabatında yazılıb. Bildirilib ki, cinayətin dəlilləri binadakı təndirdə yandırılaraq yox edilə bilər. Cinayətkarlar yüksək istilik temperaturunda Qaşıqçının DNT-sini yox etməyə çalışıblar. İstintaq-araşdırma qrupunda yer alan DNT mütəxəssisi həmin təndirdə sümükdə olan DNT-nin belə məhv ola biləcəyinin mümkün olduğunu deyib.

Hesabatda Camal Qaşıqçının nişanlısı Xədicə Çingizlə bağlı detallara da yer verilib. Konsulluqda Qaşıqçını qapıda qarşılayan şəxsin içəri dərhal bilgi verib. Eyni şəxs Xədicənin çöldə gözlədiyini gördüyü halda içəriyə “çöldə gözləyən biri var” içəri demir. Desəydi, bəlkə də Qaşıqçı öldürülməyəcəkdi. Digər bir ehtimal isə ondan ibarətdir ki, Xədicə Çingiz nişanlısı kimi sui-qəsdin ikinci qurbanı ola bilərdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm