BAKIDA GECƏ ƏMƏLİYYATI – Mağazanın içində 4 nəfər həbs edildi
Bizi izləyin

Kriminal

BAKIDA GECƏ ƏMƏLİYYATI – Mağazanın içində 4 nəfər həbs edildi

Bakıda şərab mağazasından oğurluq edən şəxslərə qarşı əməliyyat həyata keçirilib.

Publika.az xəbər verir ki, fevralın 16-da saat 01:01-də, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun C.Məmmədquluzadə küçəsində yerləşən, “Şərab Evi” mağazasından daxil olmuş siqnal əsasında əməliyyat keçirib.

Daxil olmuş “həyəcan” siqnalı yoxlanılarkən obyektin giriş qapısını açar seçmə yolu ilə açaraq içəri daxil olmuş və oğurluğa cəhd göstərmiş dörd nəfər yaxalanıb. Onlar maddi subutla (avtorka, kəlbətin, dəmir armatur parçası və qapı kilidlərini açmaq üçün xüsusi düzəldilmiş açar) birlikdə sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil veriliblər. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm