Sumqayıtda qanlı dava – 1 nəfər öldürüldü
Bizi izləyin

Kriminal

Sumqayıtda qanlı dava – 1 nəfər öldürüldü

Sumqayıt şəhərində qətl törədilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 18-də saat 21 radələrində Sumqayıt şəhəri ərazisindən şəhər sakini A.Seyidovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə şəhər Polis İdarəsinə məlumat daxil olub. Bununla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş B.Həsənov saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm