• USD 1,7000 0,00% EUR 1,9187 +0,51%
    • GBP 2,1242 +0,29% RUB 0,0239 -0,84%

Saatlı sakinindən silah-sursat götürüldü

Saatlı sakinindən silah-sursat götürüldü

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Publika.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Saatlı rayon sakini Aqşin Əsədov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun əlindəki torbaya baxış keçirilən zaman 1 ədəd “AK-74” markalı avtomat və ona məxsus 23 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR