Bakı Metrosunda azyaşlı qıza qarşı İYRƏNC ƏMƏL – FOTO
Bizi izləyin

Kriminal

Bakı Metrosunda azyaşlı qıza qarşı İYRƏNC ƏMƏL – FOTO

Bakıda azyaşlıya qarşı cinayət əməli törətmiş şəxs tutulub.

Publika.az xəbər verir ki, fevralın 19-da saat 13 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa cəhd göstərən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib. “Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm