Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ər həbs edildi, qadın özünü öldürdü
Bizi izləyin

Kriminal

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ər həbs edildi, qadın özünü öldürdü

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Yuxarı Nüvədi kənd sakini, 1968-ci il təvəllüdlü Heyran Teymurova yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Bildirilir ki, H.Teymurovanın həyat yoldaşı bir müddət əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib. Bundan sonra qadının səhhətində problemlər yaranıb, onda nevroloji xəstəlik yaranıb.

İntihar edən qadının 2 azyaşlı övladı qalıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm