Sabunçu məhkəməsində insident - Qadın prokurorun yaxasından yapışdı
Bizi izləyin

Kriminal

Sabunçu məhkəməsində insident - Qadın prokurorun yaxasından yapışdı

Sabunçu Rayon Məhkəməsində insident baş verib.

T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.

Belə ki, oğurluqda təqsirləndirilən O.Səfərovun anası T.Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub.

O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fiziki təzyiq edəndən sonra dövlət ittihamçısının yaxasından tutub. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər T.Səfərovanı zaldan çıxarıblar.

Məlumata görə, Sabunçu Rayon Məhkəməsinə hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb.

T.Səfərovanın psixi problemlərinin olduğu bildirilir.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm