Bərdədə XÜSUSİ ƏMƏLİYYAT - Narkotik satarkən... - VİDEO
Bizi izləyin

Kriminal

Bərdədə XÜSUSİ ƏMƏLİYYAT - Narkotik satarkən... - VİDEO

Bərdə rayonunda evdən külli miqdarda narkotik və silah-sursat aşkar edilərək götürülüb.

Bu barədə "Report"un Qarabağ bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları tədbirləri nəticəsində rayon sakini Salman Salmanzadə heroin satarkən saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən oradan 4 ədəd sellofan bükümdə, ümumi çəkisi 170.49 qram olan heroin, 1 ədəd selofan bükümdə 11.01 qram tiryək, 77.33 qram metamfetamin, 18 ədəd metadon və 10 ədəd tramadol həbləri, 3 ədəd kibrit qutusunda, çəkisi 19.79 qram olan marixuana, 63 ədəd çətənə kolunun toxumları, 1ədəd ampulada, çəkisi 2.24 qram olan kalsium permanqanat maddəsi aşkar edilərək götürülüb. Həmçinin S.Salmanzadəyə məxsus evdən qanunsuz olaraq saxladığı 1 ədəd "İJ-16" markalı qoşalüləli ov tüfəngi, 1 ədəd qundağı və lüləsi kəsilmiş 16 kalibrli tüfəng, 15 ədəd ov tüfənginə məxsus, 2 ədəd isə 7.62 kalibrli avtomat patronları, eləcə də 7 ədəd müxtəlif növ mobil telefonlar, 201 manat dəyərində saxta pul əskinasları, həmçinin 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm