Azərbaycanda it boğuşduranların dəhşətli davasının SƏBƏBİ ÜZƏ ÇIXDI
Bizi izləyin

Kriminal

Azərbaycanda it boğuşduranların dəhşətli davasının SƏBƏBİ ÜZƏ ÇIXDI

Dünən Yardımlı rayonunda baş vermiş kütləvi dava-dalaş hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Ləzran kənd sakini, 1989-cu il təvəllüdlü İsgəndərov Bəhruz Rafiq oğlu ilə 1992-ci il təvəllüdlü Teymur Əlihüseynov itlərini döyüşdürmək üçün razılığa gəliblər və kəndin yaxınlığındakı əraziyə gediblər. İtlərin boğuşdurulması zamanı Teymura məxsus olan it Bəhruzun itini boğaraq ölümcül hala salıb. Bundan sonra tərəflər arasında münaqişə baş verib.

Dava-dalaş zamanı Bəhruz İsgəndərov, onun qardaşı Pərviz İsgəndərov, İbrahim Mirzəyev və Teymur Əlihüseynov müxtəlif dərəcəli kəsilmiş-deşilmiş xəsarətlər alıb.

Yaralılardan B.İsəndərovun həyatını xilas etmək mümkün olmayıb.

Digər şəxslərin müalicəsi davam etdirilir.

Artıq hadisənin iştirakçısı olmuş bir neçə nəfər saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm