Kriminal
Murad barda narkotik iylədi, çıxıb küçədə "BMW X6" ilə iki nəfəri öldürdü
Ötən gecə Rusiyanın Sankt-Peterburq şəhərində ağır yol qəzası baş verib. “BMW X6” səkiyə çıxaraq piyadaları vurub, nəticədə, iki nəfər ölüb və dörd nəfər yaralanıb. “Fontanka” nəşri xəbər verir ki, hadisənin səbəbkarı Rusiya vətəndaşı, 30 yaşlı azərbaycanlı Muraddır.
Mənbə bildirir ki, Murad adlı azərbaycanlı dəbli avtomobil nömrələrini satmaqla məşğuldur. Özü isə daha çox “Mercedes” və BMW maşınlarını xoşlayır. Bu barədə onun sosial şəbəkədəki səhifəsində ətraflı məlumat var.
Qəza ötən gecə yerli vaxtla təxminən saat 2-də baş verib. Muradın 2010-cu ildən Peterburqda yaşadığı deyilir. Azərbaycanda anadan olsa da, hazırda o, RF vətəndaşıdır.
Tərcümeyi-halında cinayət məsuliyyətinə cəlbolunma halları olmasa da, son iki il ərzində Murad yol hərəkəti qaydalarını pozduğuna görə 55 dəfə inzibati məsuliyyətə cəlb edilib. Bəzi cərimələrinə görə hələ də dövlətə borcludur.
Qəzadan dərhal sonra Muradla birgə yaşayan çoxsaylı qohumlarının hadisə yerinə gəldikləri qeyd olunur. Lakin həmyerlilərimiz qəza olan yerdə Muradı görə bilməyiblər – demək olar ki, qəza baş verdiyi an polis əməkdaşları onu mühasirəyə alıb. Az sonra hadisə yerinə Sankt-Peterburq şəhər polisinin rəisi şəxsən gəlib.
Ekspertizadan keçərkən, Murad həkimə etiraf edib ki, dünən axşam barlardan birində “şarik” iyləyib, sükan arxasında isə, sadəcə olaraq, “sönüb”.
“Nevskiye novosti” nəşri xəbər verir ki, ağır qəza nəticəsində həlak olanlardan biri 40 yaşlı ABŞ vətəndaşıdır.(virtualaz.org)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK