Gəncədə narkotik satan şəxs tutuldu
Bizi izləyin

Kriminal

Gəncədə narkotik satan şəxs tutuldu

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Publika.az DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupuna istinadən xəbər verir ki, fevralın 25-də Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, 31 yaşlı şəhər sakini Gündüz Xalıqverdiyev saxlanılaraq, İdarəyə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 14 ədəd kağız bükülüdə ümumi çəkisi 2.8 qram narkotik vasitə olan “heroin”, 2 ədəd kağız bükülüdə ümumi çəkisi 11 qram olan marixuana və 0.034 qram “heroin” məhlulu aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı G.Xalıqverdiyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm