• USD 1,7000 0,00% EUR 1,9248 +0,44%
    • GBP 2,1509 +0,53% RUB 0,0240 0,00%

Azərbaycanda 27 yaşlı oğlandan əxlaqsızlıq edən bacısına qarşı DƏHŞƏTLİ ƏMƏL: özü ilə apardı və...

  • Kriminal
  • 28 Fevral 2019 21:18
  • 3 120 Baxış
Azərbaycanda 27 yaşlı oğlandan əxlaqsızlıq edən bacısına qarşı DƏHŞƏTLİ ƏMƏL: özü ilə apardı və...

Əxlaqsızlıq hərəkətlər edən bacısını öldürməyə cəhd edən paytaxt sakini, 1990-ci il təvəllüdlü Etibar Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bacının əxlaqsızlığı, qardaşın qərarı

Publika.az xəbər verir ki, Etibar Səlimov bacısı Samirənin əxlaqsız həyat tərzi keçirməsindən şübhələnib. O, bacısının bu hərəkətlərinin ailəsinin adına ləkə gətirdiyini hesab edib.

Bu səbəbdən Etibar Samirəni qəsdən öldürməklə, ondan qisas almaq qərarına gəlib. Etibar məqsədini Binəqədi qəbiristanlığında dəfn edilmiş atasının məzarı qarşısında həyata keçirməyi planlaşdırıb.

Qızla tanış etmək bəhanəsi

Bu məqsədlə Etibar 2017-ci ilin əvvəllərində məlum olmayan mənbədən ov tipli soyuq silah hesab edilən bıçağı qanunsuz olaraq əldə edib və özündə saxlayıb.

Etibar planlaşdırdığı cinayət əməlini həyata keçirtməkdən ötrü guya yenidən ailə qurmaq istədiyi qızla tanış etmək üçün sonuncu ilə görüşdürmək bəhanəsi ilə Samirəni aldadaraq, onunla birlikdə getməyə razılığını alıb.

Atasının məzarına getmək təklifi

İyunun 9-da, saat 18 radələrində Etibar bacısını Binəqədi qəsəbəsinə Qarayev və Gülüstan küçələrinin kəsişməsində yerləşən Binəqədi kənd qəbiristanlığının yaxınlığına gətirib.

Sonra Etibar guya istədiyi qızın yaxınlıqda yaşadığını, mobil telefonla danışaraq yubandığını bildirib, boş vaxtdan istifadə edərək Binəqədi qəbiristanlığında dəfn olunmuş atası Hüseynin məzarını ziyarət etmələrini təklif edib.

Atasının məzarında qan tökdü

Daha sonra Etibar Samirə ilə atasının məzarı qarşısına gəlib. Məzarı ziyarət etdikdən sonra, əvvəlcədən üzərində olan bıçaqla Samirənin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Etibar bacısına çoxsaylı bədən xəsarətləri yetirib. Həmin vaxt Etibar bacısının yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qaldığını görüb və onu öldürdüyünü zənn edib. Bu səbəbdən Etibar hadisə yerindən gedib.

Bıçaqlanan qıza qəbristanlıqda yardım edildi

Lakin qəbiristanlıqda işləyən fəhlələr tərəfindən çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Samirəyə vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunub.

İstintaq orqanı tərəfindən Etibar Səlimovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Bacısının qanını tökənə ciddi rejim

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Etibar Səlimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bacısını yüngül həyat tərzi keçirdiyi üçün cəzalandırmaq niyyətində olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu 9 iyun 2017-ci il tarixdən hesablanması hökm edilib.

Qardaşdan da, bacıdan da şərti cəza tələbi

Hökmdən narazı qalan Etibar Səlimov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, onun əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib. O, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona bəraət verilməsini istəyib.

Həmçinin cinayət işi üzrə zərərçəkmiş Samirə Səlimova da şikayət verib. O, qardaşı tərəfindən bıçaqlandığını qeyd etsə də, ondan şikayətçi olmayıb. Qardaşının ailəli olduğunu söyləyən Samirə Səlimova onun bağışladığını deyib. Samirə qardaşının barəsində şərti cəza təyin olunmasını, onun məhkəmə zalından azadlığa buraxılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb.

Həbsxanadan gələn məktub

Bu qərardan narazı qalan hər iki tərəf Ali Məhkəməyə kasasiya şikayəti verib. Kasasiya şikayəti hakim İnqilab Nəsirovun icraatında araşdırılıb.

Araşdırma aparılan zaman Etibar Səlimov cəza çəkdiyi 7 saylı Cəza Çəkmə Müəssisindən hakimə məktub göndərib. O tərəfindən verilmiş kasasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Eyni xahişlə zərərçəkmiş Samirə Səlimova da hakimə məktib göndərib.

Hakim hər iki tərəfin kasasiya şikayətlərini geri götürmələri barədə xahişlərini nəzərə alıb. Kasasiya şikayəti qərar qəbul edilmədən baxışdan çıxarılıb və geri qaytarılıb.

Qanuna görə, hər iki tərəfin təkrar kasasiya şikayəti vermək hüquqları olduğu izah edilib.

İlkin

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR