Gültəkin Hacıbəylinin qayınana DAVASI - HƏBS QOYULDU
Bizi izləyin

Kriminal

Gültəkin Hacıbəylinin qayınana DAVASI - HƏBS QOYULDU

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və keçmiş qayınanası Nəhayət Məmmədovanın arasında pul və mülk davası bitmək bilmir.

Publika.az xəbər verir ki, Gültəkin Hacıbəyli hələ ərdə olan zaman qayınanasından evini təmir etdirmək, evinə mebel almaq üçün 50 min dollar borc alıb.

Qeyd olunur ki, söhbət Səməd Vurğun küçəsi, 92A ünvanında yerləşən 12 saylı mənzildən gedir: “Həmin mənzili 2003-cü ildə Gültəkin Hacıbəyliyə Bakı şəhər İcra Hakimiyyəti hədiyə edib. Sonradan qayınana pulunu tələb etsə də, Gültəkin Hacıbəyli verilən borcu geri qaytarmayıb. Buna görə də qayınanası məhkəməyə müraciət edib.

Məhkəmə Nəhayət Məmmədovanın vəsatəti əsasında Gültəkin Hacıbəyliyə məxsus 10VU 003 dövlət nömrə nişanlı “Lexus LX 570” və 10 KV 003 nömrə nişanlı “Toyota Avalon” markalı iki bahalı avtomobilə həbs qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm