• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

Bakıda qız üstündə qanlı dava: Ağır xəsarət alanlar var - 3 nəfər reanimasiyadadır

  • Kriminal
  • 1 Mart 2019 10:33
  • 2 087 Baxış
Bakıda qız üstündə qanlı dava: Ağır xəsarət alanlar var - 3 nəfər reanimasiyadadır

Ötən gecə Bakı şəhər Binəqədi rayonunda kütləvi dava-dalaş olub.

Publika.az xəbər verir ki, gecə saatlarında 1999-cu il təvəllüdlü Zili Əliyev qarın boşluğunun kəsilmiş-deşilmiş, Abbas Zeynalov budunun, Məhəbbət Zeynalov isə ba.-boyun nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya çadtdırılıb. Bundan başqa 2000-ci il təvəllüdlü Əhmədiyyə Rzayev almacıq sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzin nevrotravma şöbəsinə yerləşdirilib. Gecə saatlarında Z.Əliyev əməliyyat edilib. Bıçaqlanan şəxslərin 3-ü də xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Bildirilir ki, 4 gənc Binəqədi rayonu, Aydınbəyov küçəsində baş vermiş kütləvi dava zamanı xəsarətlər alıb. Onlar Memarlıq və İnşaat Universitetinin tələbələridir və qız üstündə düşnüş mübahisə zamanı baş verən münaqişədə xəsarətlər alıblar.

Artıq hadisə ilə bağlı 4 nəfər tutularaq Binəqədi rayon Polis İdarəsinə aparılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR