Vəhşicəsinə döydü, öldürdü, od vurub yatağında yandırdı - Azərbaycanda DƏHŞƏT/FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Kriminal

Vəhşicəsinə döydü, öldürdü, od vurub yatağında yandırdı - Azərbaycanda DƏHŞƏT/FOTO (YENİLƏNDİ)

Xırdalan şəhərində baş vermiş dəhşətli yanğının təffərüatı məlum olub.

Publika.az "Report"a istinadən xəbər veri ki, "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyti aşkarlanıb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlu törətdiyi və izi itirmək məqsədi ilə mənzilə od vurduğu məlum olub.

Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhəri 17-ci mikrorayon ev 18 mənzil 38-də saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib.

Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vaistəsi ilə açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm