Heroin satmaq istəyən şəxs saxlanıldı
Bizi izləyin

Kriminal

Heroin satmaq istəyən şəxs saxlanıldı

Qazaxda heroin satmaq istəyən şəxssaxlanılıb.

Bu barədə Publika.az-a DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Salman Lələyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 14 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı S.Lələyev narkotik maddəni Qazax rayonuna satmaq üçün gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha əvvəl Cəlilabadda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm