Moskvada 51 yaşlı azərbaycanlı qarnından yaralandı
Bizi izləyin

Kriminal

Moskvada 51 yaşlı azərbaycanlı qarnından yaralandı

Martın 9-na keçən gecə Moskvanın Beloreçenskaya küçəsində kütləvi dava baş verib.

Virtualaz.org “Veçernyaya Moskva” nəşrinə istinadən xəbər verir ki, davada qarnından xəsarət almış 51 yaşlı Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılıb. Bundan sonra daha 3 nəfər müxtəlif xəstəxanalara müraciət edib.

Müstəntiqlərin gəldiyi qənaətə görə, xəsarətlərə səbəb bıçaq və travmatik tapançalardan istifadə edilməsi olub.

Hadisə şahidlərinin mənbəyə bildirdiklərinə əsasən, davada hər iki tərəfdə azərbaycanlılar iştirak edib. Bundan əlavə, iğtişaşda diaspora nümayəndələrinin də iştirak etməsi istintaqın gedişini çətinləşdirir, belə ki, xəsarət alanlar şikayət ərizəsi yazmaqdan imtina edirlər.

“Təəssüf ki, klandaxili qarşıdurmaları araşdırmaq xeyli çətindir”, - DİN veteranı Vasili Kryaçko nəşrin müraciətinə cavab olaraq deyib.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm