Ailəsi onun üçün Xoşqədəmin verilişinə çıxmışdı, amma... - 22 yaşlı şəxsin skeleti tapıldı - ŞOK OLAY
Bizi izləyin

Kriminal

Ailəsi onun üçün Xoşqədəmin verilişinə çıxmışdı, amma... - 22 yaşlı şəxsin skeleti tapıldı - ŞOK OLAY

Azərbaycanda bir neçə aydır itkin düşmüş şəxsin skeletləşmiş meyiti tapılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Kürdəmir rayonu ərazisində oğlana məxsus olan skelet aşkar edilib. Ölən şəxsin kimliyini müəyyən etmək üçün zəruri ekspertizalar təyin edilib, araşdırmalara aparılıb.

Həyata keçirilən araşdırmalar çərçivəsində ölən şəxsin kimliyini dəqiqləşdirilib. Məlum olub ki, skeletləşmiş meyit keçən ilin sentyabr ayından itkin düşmüş 1997-ci il təvəllüdlü Əliyarov Tərxan Rüstəm oğluna məxsusdur.

Qeyd edək ki, T.Əliyarovun ailə üzvləri bir müddət əvvəl teleaparıcı Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişinə çıxaraq Tərxanın yoxa çıxdığını bildiriblər və onun tapılması üçün kömək istəyiblər.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm