Bakıda avtomobilləri talayan keçmiş məhkum ələ keçdi
Bizi izləyin

Kriminal

Bakıda avtomobilləri talayan keçmiş məhkum ələ keçdi

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən fevralın 1-də rayon ərazisində “BMW” markalı avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Q.Əliyev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun fevralın 7-də “Nissan” markalı avtomobildən 300 manat oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm