Azyaşlı qızı kafeyə aparıb, aldadaraq cinsi əlaqəyə girdi, amma... - Cəlilabadda
Bizi izləyin

Kriminal

Azyaşlı qızı kafeyə aparıb, aldadaraq cinsi əlaqəyə girdi, amma... - Cəlilabadda

Cəlilabad rayonunda zorlama cinayətində ittiham olunan 1987-ci il təvəllüdlü Murad Əhmədovun (cinayət işi üzrə ad və soyad şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Murad Əhmədov ali təhsil alıb və amma heç yerdə işləməyib. O, yaşadığı Cəlilabad rayonunun mərkəzində, peşə məktəbinin binasında yaşayan yetkinlik yaşına çatmayan Samirə Məmmədovaya təcavüz edib.

Qızla tanış oldu və avtomobili ilə apardı

Belə ki, Murad Əhmədov bir müddət Samirə Məmmədova ilə görüşüb və daha sonra o, Samirəni özünə məxsus “Mercedes” markalı avtomobilinə dəfələrlə təkid edərək mindirib.

Daha sonra Murad Samirəni mal bazarında çayxana kimi istifadə olunan yerə gətirib, onunla orada 5-10 dəqiqə söhbət edəndən sonra onu çayxananın ikinci otağına aparıb.

Mal bazarında təcavüz

Orada Murad Samirə ilə sonuncunun razılığı ilə cinsi əlaqədə olub. Bundan sonra Samirə hüquq-mühafizə orqanlarına Murad Əhmədovun əməli barədə şikayət edib.

İstintaq orqanı tərəfindən Murad Əhmədovun barəsində Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət sübuta yetirilmədi

Cəlilabad rayon Məhkəməsinin hökmü ilə Murad Əhmədovun əməli sübuta yetirilməyib. Hökmə əsasən, Murad Əhmədov Samirə Məmmədova ilə zorla yox, razılıq əsasında cinsi əlaqədə olub.

Hakim hökmdə göstərib ki, bu halda təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılmasına yol verilə bilməz. Bu səbəbdən Murad Əhmədovun barəsində bəraət hökmü çıxarılıb.

Prokuror şikayət etdi, hökm dəyişdi

Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində Cəlilabad rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, Murad Əhmçədovun barəsində ittihamedici hökmün çıxarılmasını istəyib.

Prokurorun protesti Şirvan Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim heyəti apelyasiya protestinin dəlillərini araşdırıb, sonda qərar elan edib.

Qərara görə, prokurorun protesti təmin edilib və Cəlilabad rayon Məhkəməsinin hökmü ləğv edilib. Murad Əhmədovun barəsində 1 il müddətinə azadlıqdan məhrum edilib.

Ali Məhkəmədə bəraət verdi

Bu qərardan narazı qalan Murad Əhmədov kasasiya şikayəti verib. O, barəsində olan Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş edib.

Murad Əhmədovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, kasasiya şikayəti təmin edilib.

Murad Əhmədovun törətdiyi əməl sübuta yetirilməyib və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

İlkin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm