“Araz” marketdən bahalı içkiləri oğurlayan şəxs ələ keçdi
Bizi izləyin

Kriminal

“Araz” marketdən bahalı içkiləri oğurlayan şəxs ələ keçdi

Bakıda oğurluq etmiş şəxs tutulub.

Publika.az xəbər verir ki, Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun M.Qaşqay küçəsində yerləşən, xüsusi texniki vasitələrin köməyi ilə qorunan “Araz” marketdən ümumi dəyəri 90 manat olan 3 (üç) ədəd spirtli içkini oğurlayan, Paytaxt sakini 1985-ci il təvəllüdlü Vəlixanov Rişad İsa oğlunu saxlayıb.

Həmin şəxs sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı Nəsimi RPİ-nin 21-ci PB-də araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm