Prokurorluq "Diqlas"la bağlı məlumat yaydı - Bu nömrəyə zəng etsinlər
Bizi izləyin

Kriminal

Prokurorluq "Diqlas"la bağlı məlumat yaydı - Bu nömrəyə zəng etsinlər

Azərbaycan Republikası Baş Prokurorluğunun Mətbuat xidməti “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, məlumatda hadisə ilə bağlı Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işinin açıldığı qeyd edilib:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş paytaxtın Nizami rayonu ərazisində “Diglas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmışdır.

Hazırda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə istintaqı aparılan cinayə işi üzrə hadisəsinin baş vermə cəbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Nizami rayon prokurorluğunda yaradılmış Qərargaha - 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm