Kriminal
Bakıda faciəvi şəkildə ölən aktyorla bağlı YENİ FAKTLAR: hadisə vaxtı xanımı... - FOTO
Fevralın 27-də Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Günəşli sanatoriyasında baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edən tanınmış aktyor, Füzuli Dövlət Dram Teatrının keçmiş əməkdaşı Fəxrəddin Salmanovla bağlı bəzi məqamlar dəqiqləşib.
Publika.az xəbər verir ki, Füzuli rayon sakini olan və məcburi köçkün kimi Günəşli sanatoriyasında məskunlaşmış 1965-ci il təvəllüdlü Salmanov Fəxrəddin Kərim oğlu həmin sanatoriyanın klubunun müdiri vəızifəsində çalışırmış.
Bədbəxt hadisə isə aktyor həyat yoldaşı ilə sanatoriyanın həyətində gəzərkən baş verib.
Belə ki, yüksək qan təzyiqindən və artıq çəkidən əziyyət çəkən F.Salmanov sanatoriyanın həyətindəki şamlıq ərazidəki pilləkənlə qalxarkən özünü pis hiss edib və kənardakı qayalıq əraziyə yıxılıb. Həyat yoldaşı ona kömək etməyə çalışsa da, tuta bilməyib və F.Salmanovun ayağı sınıb. Yaxınlarının köməkliyi ilə 3 saylı şəhər xəstəxanasına gətirilən aktyorun ayağının sınması ilə yanaşı başqa xəsarətlərinin də olduğu məlum olub. Belə ki, müayinə zamanı onun daxili orqanlarında qanaxmanın yarandığı üzə çıxıb və 54 yaşlı F.Qurbanovun əməliyyat edilməsinə qərar verilib. Lakin əməliyyat zamanı çoxlu qan itirmiş aktyor vəfat edib.
F.Salmanov Mərdəkan qəsəbə qəbiristanlığında dəfn edilib, Allah rəhmət eləsin!
Nizam
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini qeyri-rəsmi həyat yoldaşı sifariş edib? - DETALLAR
-
Hadisə18:30
Bakıda bazar yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü