Bakıda kafedə dava-dalaş – Döyüb pulunu aldılar
Bizi izləyin

Kriminal

Bakıda kafedə dava-dalaş – Döyüb pulunu aldılar

Bakıda quldurluq hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 3-də Xətai rayonunun K.Kərimov küçəsindəki kafelərin birində naməlum şəxs Bakı şəhər sakini Ə.Mirzəyevi döyüb içərisində 100 manat və maaş kartı olan pul kisəsini alıb.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Qasımov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm