Bakının mərkəzində əcnəbiyə qarşı CİNAYƏT – 15700 manatını apardılar
Bizi izləyin

Kriminal

Bakının mərkəzində əcnəbiyə qarşı CİNAYƏT – 15700 manatını apardılar

Bakıda oğurluq etmiş şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş Ş.Ələkbərova küçəsində kirayədə yaşadığı mənzildən 15.700 manat pulunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Ağayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm