Qudası və kürəkəni tərəfindən döyüldü - BAKIDA
Bizi izləyin

Kriminal

Qudası və kürəkəni tərəfindən döyüldü - BAKIDA

Bakıda qayınatanı döyən quda və kürəkən saxlanılıb.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 3-də saat 19 radələrində Binəqədi qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini Elmar Quliyev xuliqanlıq zəminində qayınatası Elçin Nəbiyevi döyüb, bu zaman hadisəyə müdaxilə etmiş orada olan Elmarın atası Elnur isə tapançadan havaya atəş açıb.

Binəqədi rayon Polis idarəsinin 4-cü Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar və Elnur saxlanılıblar. Hadisə törədilərkən istifadə edilmiş “Ekolbotan” markalı pnevmatik tapança və 3 ədəd patron götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm