Yaşlı kişilər oğlana dəfələrlə təcavüz etdilər və... - Azərbaycanda ŞOK OLAY
Bizi izləyin

Kriminal

Yaşlı kişilər oğlana dəfələrlə təcavüz etdilər və... - Azərbaycanda ŞOK OLAY

Mingəçevir şəhərində zorlamada təqsirli bilinən Ağcabədi rayon sakini, 1960-cı il təvəllüdlü Adil Vəliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Adil Vəliyev 2009-cu ilin yay aylarında Mingəçevir şəhər 2 saylı orta məktəbin binasında müvəqqəti məskunlaşıb və orada fəhləlik edib.

Zirzəmidə intim əlaqə

İstintaq sənədlərinə görə, Adil Vəliyev Mingəçevir şəhərində kirayədə yaşayıb, orada fəhləlik edib. Bu müddət ərzində orada Faiq Babayev ilə tanış olub.

Onlar 8 avqust 2015-ci ildə Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınmış 502 saylı yaşayış massivindəki 3 saylı binanın zirzəmisinə gəliblər. Orada Adil Faiqlə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Daha sonra Adil Faiqə qarşı zorakılıq edib, onu seksual xarakterli hərəkətlər etməyə məcbur edib. Məcbur qalan Faiq onun dediyi hərəkətləri yerinə yetirib.

“Cinsi əlaqədə olmamışam”

İstintaq orqanı tərəfindən Adil Vəliyevin barəsində Cinayət Məcəlləsinin 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil Vəliyev özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

O bildirib ki, Faiq Babayevi uzun müddətdir xəstə bir insan kimi tanıyıb: “Faiq onun fəhləlik etdiyi müəssisədə təmizlik işləri görüb, həmin idarənin əməkdaşlarının müxtəlif buyruqlarını yerinə yetirib və bunun müqabilində ona 50-60 qəpik, 1 manat pul verilib. İstər 2009-cu, 2013-cü, 2014-cü illərdə müxtəlif yerlərdə, istərsə də 2015-ci ilin avqust ayının 8-də yaşadığım evin zirzəmisində onunla cinsi əlaqədə olmamışam, ona qarşı seksual xarakterli hərəkətlər etməmişəm”.

“Cinsi əlaqəyə girməm mümkün deyil”

Təqsirləndirilən şəxs deyib ki, 2007-ci ildən cinsi əlaqəyə girə bilmir: “Bu səbəbdən Faiq ilə hər hansı bir formada cinsi əlaqəyə girməm mümkün deyil. İstifadəmdə iş materiallarında olan mobil telefon nömrəm olub, başqa telefon nömrəsi istifadə etməmişəm.

Avqustun 8-də həyat yoldaşım Samirənin təklifi ilə binanın zirzəmisində olan daş və şüşə qırıqlarını yığmaq, eləcə də orada təmizlik işləri aparmaq üçün Faiqi saat 7-8 radələrində telefonla çağırdım. Sonra onu evə göndərdim. Özüm isə növbədə olmuşam. Faiq evə gedəndən sonra həyat yoldaşım binanın zirzəmisini açıb və təmizlənəcək yeri ona göstərib”.

“Əxlaqsız hərəkətləri etməmişəm”

Adil Vəliyev qeyd edib ki, işdən çıxandan sonra iş paltarında evə gəlib: “Bu zaman Faiqin işlədiyini gördüm, səliqəli iş görmədiyi üçün ona 50 qəpik verdim və evlərinə yola saldım. Zirzəminin qapısının açarı həyat yoldaşımda, qonşularda, bir də Mənzil İstisimar İdarəsində olub. Həmin yerdən hamı istifadə edib. Zirzəminin qapısı həyətə doğru açılır, oradan “besetka” görünür. Hər vaxt “besetka”da adamlar olur. Həm də Şəmi iş görən zaman həyat yoldaşım zirzəmiyə düşüb-çıxırdı. Həmin yerdə hər hansı bir əxlaqsız hərəkətləri etməmişəm”.

“20 manat istədi”

Adil Vəliyev bildirib ki, zirzəmidə başqa şəxslərin də paltarları olur: “Həmin gün idman paltarında olmamışam. İdman paltarımı, köynəyimi avqustun 12-də keçirilmiş iclasdan sonra həyat yoldaşım zirzəmiyə qoyub. Orada əski parçası olmayıb. Sperma olan əski parçasının haradan əldə olunmasını bilmirəm. Ərizəni geri götürmək üçün Faiq və onun qohumları dəfələrlə 20 min manat pul istəyiblər. Hətta həmin pulun istənilməsinə dair telefon danışıqlarını məhkəməyə təqdim etmişəm. Faiq ifadəsində Aqil Axundovun onunla dəfələrlə cinsi əlaqədə olmasını, sonuncu dəfə isə 3-4 avqust 2015-ci ildə evində cinsi əlaqədə olması faktları istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqı zamanı dəfələrlə bildirmişəm”.

“Mənə böhtan atılıb”

Təqsirləndirilən şəxs deyib ki, Faiq Babayevin 20 avqust tarxidində verdiyi ifadəsinin öyrədilmiş olub, həmin ifadəni verən zaman ona şər atılıb: “Zərərçəkmiş bildirib ki, zirzəmidə əski parçası olub, həmin əski parçası ilə cinsi əlaqədə olandan sonra guya təmizlənmişik. Lakin həmin əski parçası zərərçəkmiş şəxsin ifadəsində təsvir edilməyib. Avqustun 24-də Faiq Babayevin ifadəsi yerində yoxlanan zaman onun, ailə üzvlərinin, ərazi nümayəndəsinin, hal şahidlərinin iştirakı olmadan əski parçası, idman şalvarı və köynək götürülüb. Halbuki, hadisə yerinin fotoşəkilindən görünür ki, orada iki ədəd çəhrayı rəngli əski parçası və iki ədəd boz rəngli əski parçası, habelə idman şalvarı və köynək olub”.

“Qorxduğum üçün heç kimə danışmamışam”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq Babayev deyib ki, 2009-cu ilin yay aylarında Adil Vəliyev Mingəçevir şəhər 2 saylı orta məktəbin müvəqqəti məskunlaşdığı otağında, təkrarən 2010-cu, 2011-ci, 2012-ci illərdə müxtəlif yerlərdə, habelə 2013-cü ilin qış aylarında, 2014-cü ilin yayında, 8 avqust 2015-ci ildə yaşadığı binanın zirzəmisində onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Faiq Babayev qeyd edib ki, hər dəfə Adil onunla belə hərəkətlər edəndən sonra ona 40-50 qəpik verib və bu barədə heç kəsə heç nə deməməyi tapşırıb: “Mən də Adildən qorxduğum üçün onun etdiyi hərəkətlər barədə heç kəsə danışmamışam”.

“Sandığın üstündə cinsi əlaqədə olduq”

Zərərçəkmiş bildirib ki, avqustun 8-də, səhər saat 8.00-da Vüsaldan 20 qəpik alaraq avtobusla Adilin yaşadığı evə gedib: “Adil evinin qarşısında məni qarşıladı və zirzəminin qapısını açaraq məni zirzəmiyə saldı. Orada məni sandığın üstünə yıxaraq qeyri-təbii yolla cinsi əlaqədə oldu. Sonra mənə qarşı əxlaqsız hərəkətlər etdi (zərərçəkmiş ifadəsinin bu hissəsində Adil Vəliyevin etdiyi hərəkətləri çılpaqlığı ilə danışıb. Bu səbəbdən ifadənin həmin hissəsini dərc etmirik – red.)”.

“Narazılığımı bildirsəm də, mənimlə cinsi əlaqədə oldu”

Faiq Babayev qeyd edib ki, Adil ona qarşı seksual hərəkətlər edəndən sonra birbaşa qaz idarəsinə gedib: “Hər dəfə mənimlə cinsi əlaqədə olmaq üçün Adil telefon vasitəsi ilə çağırıb. Adildən başqa, eyni hərəkətləri mənə qarşı Aqil Axundov da edib. 2014-cü ildə Aqil ilk dəfə mənimlə Mingəçevir şəhərində qaz idarəsində işdə olarkən gündüz vaxtı idarədə heç kim olmayanda mətbəx otağında qeyri-təbii yolla cinsi əlaqədə olub. Aqil çaydanı su ilə doldurmaq adı ilə mənə mətbəxə göndərib, sonra özü mətbəxə gələrək məni hədələyib, mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Bundan başqa, Aqil mənimlə yaşadığım Mingəçevir şəhəri Ə.Vahid küçəsində “Futçik” adlanan yerdə yerləşən beşmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən özünə məxsus mənzilin yataq otağında qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin vaxt ona öz narazılığımı bildirmişəm. Aqil bütün bunlara baxmayaraq mənimlə əlaqədə olub”.

“Mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi”

Faiq Babayev qeyd edib ki, sonuncu dəfə, yəni 2015-ci ilin avqust ayının 3-4 tarixində saat 13 radələrində Aqil işlətdiyi telefon nömrəsi ilə zəng edərək onu Mingəçevir şəhərində A.Məmmədov küçəsində 16 saylı orta məktəbin yaxınlığında yerləşən 5 mərtəbəli binanın 1-ci blokunun beşinci mərtəbəsində yeni aldığı mənzilinə çağırıb: “Aqil mənə dəmir metal qırıntıları vermək istədiyini dedi. Bu adla məni aldadaraq öz yaşadığı binanın yaxınlığına çağırdı. Oraya gəldikdən sonra Aqil mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Ona narazılığımı bildirdim. Lakin Aqil məni hədələyərək öz mənzilinə çıxartdı. Qorxumdan qeyri-təbii yolla cinsi əlaqədə olmuşam. Adil və Aqilin hər biri mənimlə elə hərəkətlər edərkən bədənimin müxtəlif nahiyələrində xəsarətlər almışam, sinə və döş nahiyəmdə qançır, göyərti əmələ gəlib”.

Bəraət hökmü ləğv edildi

Şəki Ağır Cinayətlər Məhkəməsi hökm qəbul edən zaman təqsirləndirilən Adil Vəliyevin zərərçəkmişə qarşı seksual xarakterli hərəkətlər etməsini sübuta yetirə bilməyib. Bu səbəbdən məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Bu hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq Adil Vəliyevin barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini, ona Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə ittiham verilməsini və cəzalandırılmasını istəyib.

Prokurorluğun protesti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya protesti hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Prokuror şikayət verdi, bəraət hökmü ləğv edildi

Hakim kollegiyası prokurorluğun protestinin dəlillərini araşdırandan sonra birinci instansiya məhkəməsinin hökmünü ləğv edib, Adil Vəliyevin barəsində yeni hökm çıxarıb.

Adil Vəliyev 4 il 2 ay 5 gün müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən Adil Vəliyevin barəsində həbs qətimkan tədbiri seçilib, o, məhkəmə zalından həbs edilib.

Bu hökmdən narazı qalan Adil Vəliyev kasasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Adil Vəliyevin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Adil Vəliyevin kasasiya şikayəti təmin olunmayıb.

Aqil Axundov nədə ittiham olunub?

Qeyd edək ki, cinayət işində adı keçən Aqil Axundovun barəsində olan cinayət işi ayrıca icraatda araşdırılıb. 1960-cı il təvəllüdlü Aqil Axundov Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Aqil Axundov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, evlidir və əvvəllər məhkum olunmayıb.

Zərərçəkmişi 2007-ci ildən tanıdığını deyən təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş onun əvvəllər işlədiyi Mingəçevir şəhər qaz istismar sahəsinin yaxınlığında yerləşən binada yaşayır və həmin qaz idarəsinə tez-tez gəlib: “Qaz istismar sahəsində işləyən işçilər ona buyruq edərək, təmizlik işləri gördürürdülər. Mən də hamı kimi zərərçəkmişi müxtəlif işlərə buyurmuşam. Zərərçəkmiş ailəli olub və heç bir yerdə işləməməsinə görə qaz idarəsinin işçiləri, eləcə də özüm ona tez-tez xırda pul vermişəm. Zərərçəkmiş də bizim buyruğumuzu yerinə yetirib”.

Aqil Axundov həmçinin ifadəsində qeyd edib ki, qaz istismar sahəsində 2007-ci ildən 2014-cü ilin dekabr ayına qədər çilingər vəzifəsində işləyib.

Aqil Axundovun cinayət işi Mingəçevir şəhər Məhkəməsində araşdırılıb və məhkəmənin hökmü ilə o, 1 il 11 ay 21 gün müddətinə islah işləri cəzası alıb.

Hökmdən prokurorluq apelyasiya protesti verib. Prokurorluq Aqil Axundovun cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorluğun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Apelyasiya protesti hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Şikayətin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, prokurorluğun protesti təmin edilib və Mingəçevir şəhər Məhkəməsinin hökmü ləğv edilib, Aqil Axundovun barəsində yeni hökm çıxarılıb. Hökmə əsasən, Aqil Axundov 2 il 11 ay 27 gün azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət işində adı hallanan Faiq Babayev rəsmi sənədərlərə görə ruhi xəstə olub.

İlkin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm