Salyanda dəhşətli hadisə - ÖLƏNLƏR VAR
Bizi izləyin

Kriminal

Salyanda dəhşətli hadisə - ÖLƏNLƏR VAR

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. Belə ki, Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1990-cı il təvəllüdlü Abışov Şəhriyar Mahir oğlu idarə etdiyi “Hundai” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarındakı kollektora aşıb.

Qəza nəticəsində avtombildə olan sərnişin, 1994-cü il təvəllüdlü İsrafilov Mərhəmət Vahid oğlu hadisə yerində ölüb. Xəsarət alan Qaçaqkənd kəndinin sakinləri, 1993-cü il təvəllüdlü, Nəbiyev Natiq Namiq oğlu və İsrafilov Qubad İlqar oğlu və sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq avtomobilin sürücüsü Ş. Abışov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm