Bakının mərkəzində faciəvi şəkildə ölən tələbənin FOTOLARI
Bizi izləyin

Kriminal

Bakının mərkəzində faciəvi şəkildə ölən tələbənin FOTOLARI

2 gün əvvəl Yasamal rayonu Hüseyn Cavid prospektində yol-nəqliyyat hadisəsi zamanı vəfat edən tələbənin fotoları yayılıb.

Publika.az xəbər verir ki, aprelin 5-də saat 14 radələrində Yasamal rayonu H.Cavid prospektində Bakı şəhər sakini T.Rəsulov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən paytaxt sakini, 19 yaşlı İlkin Şahbazini vurub. Xəstəxəxanaya yerləşdirilmiş İ.Şahbazi orada ölüb.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Rəsulov saxlanılıb. Araşdırmalarla onun idarə etdiyi avtomobilin Bakı şəhər sakini S.Vəliyevə məxsus olması və aprelin 5-də F.Bayramov küçəsindən qaçırılması müəyyən edilib. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

İlkin Şahbazı Azərbaycan Texniki Universitetinin 106a3 qrupunun tələbəsi olub. O, yolun kənarında dayanmış vəziyyətdə olarkən qaçırdığı avtomobili idarə edən şəxs piyadanı vurub.

Vəfat edən tələbənin fotolarını təqdim edirik.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm