Bakıda ana və qızının eyni gündə ölümünün DƏHŞƏTLİ SƏBƏBİ - TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

Bakıda ana və qızının eyni gündə ölümünün DƏHŞƏTLİ SƏBƏBİ - TƏFƏRRÜAT

Martın 28-də Bakı şəhər Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində ana və qızının eyni gündə intihar etməsi hadisəsinin dəhşətli təfərrüatları üzə çıxıb.

Publika.az xəbər verir ki, ilkin araşdırmalar zamanı meyiti tapılan şəxslərdən ilk olaraq 24 yaşlı Qasımova Fatimə Daşqın qızının intihar etdiyi üzə çıxıb. Qızının özünü asdığını görən 40 yaşlı Qasımova Aidə Ələkbər qızı ona kömək etməyə çalışıb, lakin artıq gec olub. O, övladının asılı vəziyyətdə olan meyitini kəndiri kəsərək yerə endirib və üzü qibləyə çevirərək dua oxuyub. Daha sonra qadın həmin yerdə özünü asaraq həyatına son qoyub.

Bildirilir ki, ana və qızı həmin evdə kirayə yaşayırmış. Fatimə Qasımova nikahı uğursuz olduğundan rayonda yaşaya bilməyəcəyini deyib və anası ilə birgə Bakıya köçüb. Burada onlar kirayə ev tutaraq yaşamağa başlayıblar. Daha sonra isə gənc qadın tanışı tərəfindən şantaj edilməyə başlayıb. Qız ondan hədə-qorxu yolu ilə pul tələb edən şəxsə bir neçə dəfə pul versə də, sonradan artan tələbləri qarşılaya bilməyəcəyini deyib. 24 yaşlı qadın yekunda özünü öldürmək qərarına gəlib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm