Kriminal
Oğlandan xalasının gizli sevgilisinə qarşı DƏHŞƏTLİ ƏMƏL - Azərbaycanda
Quba rayonunda xalısı ilə qeyri-rəsmi nikahda yaşayan kişini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Fərid Alışanovun məhkəməsi başa çatıb.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Fərid Alışanov Quba rayonu, İkinci Nügədi kəndində yaşadığı evin qarşısında xalası Şahnaz Alışanova ilə qeyri-rəsmi nıkahda yaşayan Firudin Şahbalayevlə mübahisə edib.
Həmin vaxt Firudin Fəridi təhqir edib.
Fərid yerdən götürdüyü iri daşı Firudin Şahbalayevə tərəf atıb. Firudin başından aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Fərid Alışanovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Alışanov 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan Fərid Alışanov apelyasiya şikayəti verib. O, cəza təyin olunan zaman ilk dəfə məhkum olunması, özünün və anasının ağ ciyər xəstəliyindən əziyyət çəkməsi, evə ondan başqa qazanc gətirən kimsənin olmamasının nəzərə alınmadığını qeyd edib.
Fərid Alışanov təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edib.
Şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.
Fərid Alışanovun şikayəti təmin olunmayıb.
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini qeyri-rəsmi həyat yoldaşı sifariş edib? - DETALLAR
-
Hadisə18:30
Bakıda bazar yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü