DİN "Ruzigar" ləqəbli reperlə bağlı məlumat yaydı - 30 SUTKA HƏBS VERİLDİ
Bizi izləyin

Kriminal

DİN "Ruzigar" ləqəbli reperlə bağlı məlumat yaydı - 30 SUTKA HƏBS VERİLDİ

Daxili İşlər Nazirliyi (DİN) narkotiki təbliğ edən mahnı oxuyan reperin həbs edilməsi ilə bağlı açıqlama yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi repin videogörüntüsü yayılıb.

Məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini, “Ruzigar” ləqəbli reper Aydın Hüseynov olması müəyyən edilib və o, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 1,21 qram marixuana aşkar edilib.

A.Hüseynov etiraf edib ki, narkotik istifadəçisidir.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka müddətində inzibati qaydada həbs edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm