Evə girib 35 min dollar və 12 min manat götürdülər - BAKIDA
Bizi izləyin

Kriminal

Evə girib 35 min dollar və 12 min manat götürdülər - BAKIDA

Bakıda oğurluqla məşğul olan dəstə zərrəsizləşdirilib.

Publika.az xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş İ.Salayevin ətrafında Yasamal RPİ 26-cı və 28-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Namazova və Şirvan şəhər sakini A.Balayevlə birgə evlərin birindən 12.000 manat və 35.000 ABŞ dolları oğurlaması da müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində C.Namazova və A.Balayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

İ.Salayevin və A.Balayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların digər bir evdən 5500 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm