Fuad Qəhrəmanlının 14 yaşlı qızını döyən şəxs tutuldu - YENİLƏNDİ
Bizi izləyin

Kriminal

Fuad Qəhrəmanlının 14 yaşlı qızını döyən şəxs tutuldu - YENİLƏNDİ

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-ya hücum edən Tural Qarayev saxlanılıb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verilib.

Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılır.

T.Qarayevin əməllərinə hüquqi qiyməti məhkəmə verəcək.

Onunla bağlı toplanılan materialların Yasamal Rayon Məhkəməsinin göndəriləcəyi gözlənilir.

*****

12:10

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-nın üzləşdiyi hadisə ilə bağlı onun anası Zümrüd Yağmur Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə müraciət edib.

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Report"a açıqlamasında bildirib ki, müraciət edən şəxs və yeniyetmə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə yönləndirilib: "Anası ilə qızı bölməyə dəvət edilib və onlar məsələ ilə bağlı ərizə yazıblar".

O.Mansurzadə deyib ki, məsələ ilə bağlı polis bölməsində hazırda araşdırma aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, ötən gün Yasamal rayon ərazisində S.-nın küçədə Tural Qarayev adlı şəxslə mübahisə etməsi və təzyiqə məruz qalması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm