Kriminal
Bank kartını Bakıda itirdi – Hesabındakı pul Salyanda çıxarıldı
Salyan Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Əzimov 2018-ci ilin iyul ayının 16-da hesabında 2164 manat olan sığorta kartını Bakı şəhəri ərazisində itirdiyini və həmin məbləğin hesabından çıxarılaraq oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və həmin məbləğin Salyan rayonu ərazisindəki bankomatların birindən çıxarıldığı müəyyən edilib.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Zeynalov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO