Azərbaycanlı kişi Türkiyədə DƏHŞƏT YAŞATDI: 15 gün öncə çürümüş meyiti...
Bizi izləyin

Kriminal

Azərbaycanlı kişi Türkiyədə DƏHŞƏT YAŞATDI: 15 gün öncə çürümüş meyiti...

Türkiyədə məşhur iş adamı Şahin Akça qətlə yetirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamının azərbaycanlı dostu tərəfindən öldürüldüyü ehtimal olunur.

Cinayətin qurbanı Tekirdağdakı bağ evində tapılıb. Çürümüş cəsədin ekspertizası zamanı onun 15 gün öncə boğularaq öldüyü üzə çıxıb. İstintaq zamanı məlum olub ki, mərhum sonuncu dəfə adı açıqlanmayan azərbaycanlı dostu ilə telefonda əlaqə saxlayıb. Onlar birlikdə cinayətin baş verdiyi bağ evinə gediblər.

Uzun müddətdir, ABŞ-da yaşayan Şahin Akça vətəninə istirahət məqsədilə tez-tez gəlirmiş.

Cinayətdə şübhəli bilinən şəxs Türkiyə ərazisini tərk edib. Türkiyə hüquq mühafizə orqanları İnterpol xətti ilə onun barəsində beynəlxalq axtarış elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm