Arvadını maşınla vurub öldürdü, özü isə sirkə içdi - Azərbaycanda ŞOK OLAY
Bizi izləyin

Kriminal

Arvadını maşınla vurub öldürdü, özü isə sirkə içdi - Azərbaycanda ŞOK OLAY

Gəncədə kişi həyat yoldaşını avtomobillə vurub öldürüb.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə aprelin 3-də baş verib. Şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Abbasov özünə məxsus "Jiquli" ilə qəsdən həyat yoldaşı 1968-ci il təvəllüdlü Sevinc Abbasovanı vurub. Qadın xəstəxanaya yerləşdirilsə də tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və qadın bu gün dünyasın dəyişib.

E.Abbasov isə hadisədən sonra sirkə turşusu içərək intihara cəhd etmişdi. Xəstəxanaya yerləşdirilən E.Abbasov sağalandan sonra hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm