Azərbaycanlı din xadiminin qisası alındı - QATİL ÖLDÜRÜLDÜ
Bizi izləyin

Kriminal

Azərbaycanlı din xadiminin qisası alındı - QATİL ÖLDÜRÜLDÜ

Güney Azərbaycanın Həmədan şəhərində ötən gün şiə din xadimi Höccətül-İslam Mustafa Qasımiyə qarşı sui-qəsd təşkil edən şəxs təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.

Axar.az xəbər verir ki, əməliyyat zamanı 2 polis işçisinin də yaralandığı bildirilib.

Qeyd edək ki, şiə din xadimi Höccətül-İslam Mustafa Qasımi ötən gün Ayətullah Molla Əli Məsumi Həmədani mədrəsəsindən çıxan zaman silahlı hücum nəticəsində öldürülmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm