DİN Bakıda bağ evində törədilmiş qətllə bağlı məlumat yaydı
Bizi izləyin

Kriminal

DİN Bakıda bağ evində törədilmiş qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Xəzər rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə isitnadən xəbər verir ki, aprelin 28-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birində Bakı şəhər sakini, əvvəllər qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma və soyğunçuluğa görə məhkum olunmuş R.İlyasov münaqişə zəminində tanışı, paytaxt sakini, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Sergey Musayevə kəsici alətlə xəsarət yetirib hadisə yerini tərk edib. S.Musayev aldığı xəsarətlərdən ölüb.

Xəzər Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

*****

10:22

Bakıda dəhşətli qətl törədilib.

Publika.az xəbər verir ki, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən bağ evində İlyasov Ruslan Ənvəroviç tanışı, 1973-cü il təıvəllüdlü Musayev Sergey Anatoliyeviçi amansızlıqla öldürüb. O, uzun müddətdir tanıdığı Sergeyə təsərrüfat aləti olan oraq və balta ilə çoxsaylı zərbələr endirərək öldürüb.

Bildirilir ki, Ruslan İlyasov həmin bağ evində gözətçi-bağban kimi çalışırmış.

Hadisənin səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi açılıb.

Nizam Rza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm