Bakıda evə girib qadını vəhşicəsinə öldürən şəxs qonşusu imiş - QƏTLİN ÜSTÜ AÇILDI
Bizi izləyin

Kriminal

Bakıda evə girib qadını vəhşicəsinə öldürən şəxs qonşusu imiş - QƏTLİN ÜSTÜ AÇILDI

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Xəzər rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Publika.az-a daxil olan məlumatda bildirilir ki, paytaxtın və Xəzər rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Belə ki, aprelin 17-də rayonun Şağan qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini, Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib. Həmin əşyalar götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm