Bakıda lüks avtomobil dəhşətli qəza törətdi - SÜRÜCÜ BU ŞƏXSDİR - YENİLƏNDİ
Bizi izləyin

Kriminal

Bakıda lüks avtomobil dəhşətli qəza törətdi - SÜRÜCÜ BU ŞƏXSDİR - YENİLƏNDİ

Ötən gecə Bakının Nizami rayonunda baş vermiş yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, ötən gün aprelin 30-da axşam saatlarında Bakının Nizami rayonunda 90 OG 002 dövlət nömrə nişanlı "Range Rover" avtomobili ilə vurulmuş piyadanın vəziyyəti olduqca kritikdir, həyatı təhlükəsi var.

“Dünən gecə saatlarında təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına gətirilən yaralının başında zərbədən hematoma yarandığı müəyyən edilib, təcili əməliyyat olunub. Göstərilən tibbi yardımlara baxmayaraq, vəziyyəti olduqca ağır qiymətləndirilir”, - Abubəkirov əlavə edilib.

Hadisə “Neolit” şadlıq sarayının yanında baş verib. Hadisəni törədən sürücü avtomobili saxlamayıb, sürətlə hadisə yerindən uzaqlaşıb. Yaxınlıqdakılar təcili tibbi yardım çağırıblar. Yaralı orta yaşlı kişinin üzərində heç bir sənəd olmadığından hələlik şəxsiyyəti müəyyən edilməyib.

****

11:00

Bakıda dəhşətli yol qəzası baş verib. Bu dəfə də qəzanı lüks avtomobilin sürücüsü törədib.

Aprelin 30-u saat 22 radələrində Nizami rayonu, M.Əliyev küçəsində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə şəxsiyyəti məlum olmayan piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və hadisə yerindən qaçıb.

Ağır vəziyyətdə olan piyada 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, sürücü "90 OG 002" dövlət nömrə nişanını "Mercedes" və "Audi" markalı avtomobildə də istifadə edib.

Həmin fotoları təqdim edirik.(Qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm