4 azyaşlı gecəyarısı itkin düşdü - Polis onları elə yerdə tapdı ki...
Bizi izləyin

Kriminal

4 azyaşlı gecəyarısı itkin düşdü - Polis onları elə yerdə tapdı ki...

Türkiyənin Şanlıurfa şəhərində badam toplamaq üçün evdən çıxan 4 azyaşlı itkin düşüb.

Publika.az xəbər verir ki, ötən gün evlərindən çıxan uşaqların axtarışına 200 nəfər qatılıb.

4-9 yaş arasında olan uşaqlardan ikisi qız, ikisi oğlan olub. Azyaşlıların axşam evə qayıtmadığını görən ailələri onları heç yerdə tapa bilməyib və bundan sonra jandarm qüvvələrinə xəbər verib. Gecə boyunca məhəllə sakinləri və fövqəladə hallar komitəsinin əməkdaşları ilə birlikdə aparılan axtarışlar da nəticə verməyib. Bundan sonra pilotsuz uçuş aparatları havaya qaldırılıb. Həm qurudan, həm də havadan axtarışlar davam etdirilib.

Axtarışların başlanmasından 12 saat sonra sevindirici xəbər gəlib. Azyaşlılar elə yaşadıqları məhəllədə tapılıb. Onların bütün gecəni məhəllədəki yas mərasimləri üçün ayrılan evdə keçirdiyi məlum olub. Uşaqlar tibbi yoxlanışdan keçirildikdən sonra ailələrinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm