Bakıda işgəncə verən polis zabiti barədə QƏRAR VERİLDİ
Bizi izləyin

Kriminal

Bakıda işgəncə verən polis zabiti barədə QƏRAR VERİLDİ

İşgəncə etməkdə təqsirli bilinən Qaradağ rayon Polis İdarəsinin sabiq rəis müavini Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi 293-1-ci maddəyə tövsif edilib. Həmin maddənin sanksiyası çərçivəsində cəza çəkmə müddət başa çatdığı üçün Əliqulu Ağamaliyevə cəza təyin edilməyib.

İstintaq orqanı tərəfindən Əliqulu Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293.2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham elan edilib. Zərərçəkmiş qismində Əli Allahverdiyev tanınıb. Əliqulu Ağaliyevin iştirakı ilə Əli Allahverdiyevə işgəncə verilib. Əliqulu Ağaliyev barəsində polisin nəzarəti verilmə qətimkan tədbiri seçilib.

İlkin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm