Rusiyada azərbaycanlı sahibkar qətlə yetirildi
Bizi izləyin

Kriminal

Rusiyada azərbaycanlı sahibkar qətlə yetirildi

Ötən gün Rostov vilayətinin Taqanroq şəhərinin bazarında 44 yaşlı Rusiya vətəndaşı olan azərbaycanlı sahibkar bıçaqlanaraq qətlə yetirilib.

Əslən Salyan rayonunun Kərimbəyli kəndindən olan 1975-ci ildə anadan olmuş Elşən Fəxrəddin oğlu Əsgərov 20 ildən artıqdır ki, Rostov vilayətinin Taqanroq şəhərində yaşayaraq orada ailə qurub sahibkarlıqla məşğul olurmuş.

Elşən Əsgərovun yaşadığı şəhərdə azərbaycanlılar arasında böyük nüfuz sahibi olduğu deyilir.

Mərhumun yaxınları onun nəşini doğmalarının yaşdığı kəndə gətririb torpağa tapşırmaq üçün Rusiyaya gediblər.

Hələlik qətlin təfərrüatları barədə məlumat yoxdur. Amma mərhumun qardaşı qətlin əslən azərbaycanlı olan Rusia vətəndaşı Sənan adlı şəxs tərəfindən törədildiyini deyir.

Onu da qeyd edək ki, Elşən Əsgərovun atası Kərimbəyli kənd orta məktəbində müəllim işləyir. (virtialaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm