Bakının mərkəzində tələbə oğlan belə öldürüldü - Dəhşətli GÖRÜNTÜLƏR/VİDEO
Bizi izləyin

Kriminal

Bakının mərkəzində tələbə oğlan belə öldürüldü - Dəhşətli GÖRÜNTÜLƏR/VİDEO

Bakıda tələbələr arasında baş vermiş ölümlə nəticələnən davanın videosu yayılıb.

Publika.az xəbər verir ki, dünən Nərimanov rayonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı huşunu itirib və yıxılıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, Q.Əsgərov epilepsiya xəstəsi olub. Onun bədənində heç bir xəsarət olmayıb. İnsidentlə əlaqədar bir şəxs saxlanılıb.

Həmin şəxsin ölən şəxslə dalaşdığı, ancaq döyülməsinə baxmayaraq mərhuma faktiki bir xəsarət yetirmədiyi görünür. Q.Əsgərov yıxılarkən də ona ilk köməyə qaçan o olduğu kadrlardan aydın seçilir.

Faktla bağlı Nərimanov rayonu 18-ci Polis Bölməsində araşdırmalara başlanılıb.

Həmin davanın görüntülərini BaxTV-yə istinadən təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm