Bakıda özünü çoxmərtəbəli binadan atan qız rəssam imiş - YENİLƏNDİ
Bizi izləyin

Kriminal

Bakıda özünü çoxmərtəbəli binadan atan qız rəssam imiş - YENİLƏNDİ

Dünən Bakı şəhər Nərimanov rayonunda özünü binadan ataraq intihar edən gənc qızla bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki,metronun Nəriman Nərimanov stansiyasının yaxınlığında - Aşıq Molla Cümə küçəsi 7A ünvanındakı çoxmərtəbəli binadan özünü ataraq həyatına son qoyan 1994-cü il təvəllüdlü Əbilova Fatimə Həsənağa qızının peşəkar dizayner-rəssam olduğu məlum olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunu olmuş Fatimə bir sıra şirkətlərdə çalışıb. Onun müxtəlif rəsm əsərləri və eksklüziv dizaynları olub.

Bildirilir ki, özünü Aşıq Molla Cümə küçəsindəki çoxmərtəbəli binadan atan qız Səbail rayonu T.Məmmədov küçəsində rəsmi qeydiyyatda olub.

Onun hansı səbəbdən və hansı şəraitdə həyatına qəsd etməsi hələlik məlum deyil. Araşdırmalar davam etdirilir.

*****

11:15

Dünən Bakıda özünü binadan ataraq intihar edən 2 gəncin şəxsiyyəti müəyyənləşib.

Publika.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində Nizami rayonu Q.Qarayev prospekti, 81 A ünvanında yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar edən şəxsin 2000-ci il təvəllüdlü Şahin Hüseynov olması müəyyənləşdirilib.

Nərimanov rayonu Aşıq Molla Cümə küçəsi, bina 7A ünvanındakı çoxmərtəbəli binadan özünü ataraq həyatına son qoyan qızın isə 1994-cü ildə anadan olmuş Fatimə Əbilova olması dəqiqləşib.

Hər iki faktla bağlı cinayət işi açılıb.

Gənclərin hansı səbəbdən həyatlarına son qoyması araşdırılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm