Bakıda ər 33 yaşlı arvadını ölümcül hala saldı
Bizi izləyin

Kriminal

Bakıda ər 33 yaşlı arvadını ölümcül hala saldı

Bakıda ər arvadını bıçaqlayıb.

Publika.az xəbər verir ki, hadisə Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivində qeydə alınıb. 1986-cı il təvəllüdlü Məmmədova Əfsanə Fəxrəddin qızı əri tərəfindən bıçaqlanıb. Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət almış 33 yaşlı qadın Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda reanimasiya şöbəsində olan qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm