Baldızı ilə birlikdə olmaq üçün arvadını öldürdü və... - QANDONDURAN OLAY/VİDEO
Bizi izləyin

Kriminal

Baldızı ilə birlikdə olmaq üçün arvadını öldürdü və... - QANDONDURAN OLAY/VİDEO

Avstraliyada yaşayan İngiltərə vətəndaşı Əhməd Səadət adlı şəxs dəhşətli cinayət törədib.

Publika.az xəbər verir ki, 37 yaşlı şəxs həyat yoldaşı Fəhimə Yusifə baldızı ilə münasibətdə olmaq istədiyini deyib.

Cütlük arasında bununla bağlı mübahisə düşüb. Mübahisədən sonra Ə.Səadət soyuqqanlılıqla həyat yoldaşının yatdığı yerdə başına küt alətlə zərbə endirib. Həyat yoldaşının yuxudan oyandığını görüncə onun boğazını sıxaraq boğub.

Fəhimə Yusifin öldüyündən əmin olan cinayətkar onun cəsədini evinin bağçasında basdırmaq istəyib. Bunun üçün evinə yerqazan qurğu çağıtdrıb və uşaqlarına hovuz tikmək bəhanəsilə dərin quyu qazdırıb.

Fəhimədən 4 gün xəbər ala bilməyən ailəsi polisə müraciət edib. Polis evdə aparılan axtarışlar zamanı qazılmış yeri açıb və cəsədi orada tapıb. Mərhumun həyat yoldaşı şübhəli qismində həbs edilib. Araşdırma zamanı onun internetdə “həyat yoldaşın ölərsə, baldızınla evlənə bilərsənmi?” və “bir insan necə basdırılır” kimi mövuzlarda axtarış apardığı məlum olub. Əhməd Səadət polisə ifadəsinə baldınızdan xoşu gəldiyini etiraf edib. Həyat yoldaşını necə öldürməsini danışan cinayətkar Fəhimənin son nəfəsində “səni sevirəm” dediyini də bildirib.

Cinayətkar əməlindən peşman olduğunu deyib. Məhkəmə onun haqqında 23 il həbs cəzası hökmü çıxarıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm